Dünyanın ən dəqiq nişançısı kimi tarixə düşən, təkbaşına 705 nəfəri qətlə yetirən Simo Hayhanın həyat hekayəsi yenidən diqqət çəkib. 

"Unikal" Rusiyanın Finlandiyaya hücumu zamanı fin ordusunda xidmət edən və "Ağ ölüm" adlandırılan Simo Hayha həyat hekayəsini təqdim edir: 

Simo Hayha 1905-ci ildə indiki Rusiya-Finlandiya sərhədinə yaxın Rautjarvi bölgəsində anadan olub. O, əkinçi idi və günün çox hissəsini öz kəndində keçirirdi. Amma Simonun başqa bir xüsusiyyəti var idi. O, həm də əla ovçu və xizəkçi olub.  

Təkcə 705 adamı öldürdü, onu ancaq 1 nəfər vura bildi!  'Ağ Ölüm' kabusları meydana gəldi

Silahlarla arası çox yaxşı olduğundan müxtəlif yarışlarda iştirak edib və  hər dəfə birinci olub O, Viipuri əyalətində atıcılıq idmanı üzrə əfsanəyə çevrilmişdi. 20 yaşı olanda hərbi xidmətə gedib. Simo Hayha Finlandiya Milislərinə qoşulan ən uğurlu iti atıcı statusunu qazanıb. 

Təxminən 20 il sonra, 1939-cu ildə ruslar Simonun ölkəsi olan Finlandiyanı işğal etdilər. -40-a çatan soyuq hava müharibəni çox çətinləşdirdi. Həmin il hələ əkinçiliklə məşğul olan Simo Hayha ölkəsi üçün nəsə etməli olduğunu bilirdi. 34 yaşında Finlandiya ordusuna yazıldı və snayper kimi xidmətə başladı.  

Simo Hayha tamamilə ağ kamuflyaj formasını geyinərək dondurucu havada döyüş bölgəsinə gedəcək və özünə ən uyğun gözləmə nöqtəsini seçəcəkdi. Belə də etdi... Simo qarlı meşədə özünə böyük bir qar kütləsindən hasar çəkdi. Düşmən yaxınlaşanda nəfəsini gizlətmək üçün ağzına qar tökərdi. O, həm də mümkün qədər qarda nəfəs alırdı, çünki onun fikrincə, hətta nəfəs dumanı da onun yerini aşkar edə bilərdi.

Simo Hayha tezliklə "Ağ Ölüm" adını aldı. Belə bir uğur əvvəllər heç vaxt görülməyib. O, 505 düşmən əsgərini güllələməklə müharibədə ən çox düşmən əsgərini öldürmək rekordunu qırıb. Daha sonra onun 9 mm-lik Suomi avtomatı ilə daha 200 düşmən əsgərini öldürdüyü təsdiqlənib. 

Beləliklə, öldürülən əsgərlərin ümumi sayı 705-ə yüksəlib və o bu nəticəni 100 günə qazanıb. 

Təkcə 705 nəfəri öldürdü, yalnız 1 nəfər onu vura bildi.Ağ Ölüm kabuslar gördü

Döyüş yoldaşlarının fikrincə, bu rəqəm daha çox ola bilərdi. Günün çox az olduğu günlərdə də orta hesabla 7 düşmən əsgəri öldürülürdü. O, bir gündə ən çoxu 25 sovet əsgərini güllələyib.

Simo bu rəqəmə Rusiya istehsalı olan “Mosin-Naqant” tüfəngi ilə çatıb. O, heç bir durbindən də istifadə etmirdi. Simo Hayhanın bu uğuru tezliklə rusları ona qarşı tədbir görməyə məcbur etdi. Ruslar xüsusi təyinatlılar hazırlayaraq dəfələrlə onu öldürməyə cəhd ediblər. Amma komandalar hər dəfə Simonun qarşısında sözün əsl mənasında diz çökürdülər.

Lakin 1940-cı ilin martında Simo Hayha üçün həyəcan təbili çaldı. Rus əsgəri Simonun sol alt çənəsindən atəş açıb. Əsgərlər tərəfindən tapılanda onun alt üzü sınmışdı, amma o sağ qalmağı bacarmışdı. 

Martın 13-də, özünə gələn gün elan edilən sülh müqaviləsi ilə müharibə başa çatdı. Bu hadisədən sonra onun aldığı xəsarətlərdən dünyasını dəyişməsi xəbəri yayılaraq hər kəsin qulağına çatıb.

Simo Hayha uzun müalicələr və əməliyyatlar keçirib. Uzun müddətdən sonra yenidən həyata bağlanıb. Müharibədən qısa müddət sonra o, feldmarşal Karl Qustaf Emil Mannerheym tərəfindən onbaşı, sonra isə ikinci leytenant rütbəsinə yüksəlib.

 Təkcə 705 nəfəri öldürdü, yalnız 1 nəfər onu vura bildi.Ağ Ölüm kabuslar gördü

Müharibə bitdikdən sonra Simo təsərrüfat həyatına qayıdıb. Sakit bir həyat sürüb. Uğurlu maral ovçusu və it yetişdiricisi olub. 1998-ci ildə Simodan necə bir nişançı olmağın səbəbini soruşublar. O, isə bu suala "Sadəcə məşq etməklə", - cavabını verib. 

Başqa bir sual isə öldürdüyü insanlara görə peşman olub-olmadığını soruşulub:

"Mən sadəcə öz vəzifəmi yerinə yetirdim, üzərimə düşəni etdim. Axı biz müharibədə idik. Ya biz onları öldürərdik, ya da onlar bizi öldürərdilər. Bu, adi bir qətldən daha çox idi. Döyüş mühitini kitablardan və ya qəzetlərdən oxumaq sizə o an yaşadığınız adrenalini hiss etdirə bilməz. Mən üzərimə düşəni etdim, ən əsası ərazimə girməyən heç kəsi öldürmədim", - deyib. 

Təkcə 705 nəfəri öldürdü, yalnız 1 nəfər onu vura bildi.Ağ Ölüm kabuslar gördü

Simo Hayha həyatının son illərini Finlandiyanın cənub-şərqində, Rusiya sərhədinə yaxın kiçik bir kənddə keçirib və 2002-ci ildə 96 yaşında vəfat edib. O, dünyasını dəyişəndə ​​xüsusi olaraq müharibə veteranları üçün tikilmiş qocalar evində qalırdı.

Gülayə Mecid