Xalq artisti Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Bu barədə "Unikal"a Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə A.Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.