Meta şirkətinə məxsus WhatsApp-da eyni vaxtda iki hesabdan istifadə etmək artıq mümkündür.

"Unikal" xəbər verir ki, bu barədə WhatsApp bloqunda yazılıb.

“İndi siz eyni anda iki, məsələn, şəxsi və biznes WhatsApp hesabından istifadə edə bilərsiniz. Bu o deməkdir ki, bir hesabdan digərinə keçid zamanı daha Messenger-dən çıxmaq və iki telefon gəzdirmək lazım olmayacaq”, - “WhatsApp” yazıb.

İkinci hesab yaratmaq üçün yalnız əlavə telefon nömrəsi və SİM kart tələb olunacaq. Çoxlu SİM kartlar və ya eSIM ilə işləyən telefondan istifadə etmək də mümkündür. Məxfilik və bildiriş parametrləri hər bir hesab üçün ayrıca təyin edilə bilər.