Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet - “Lotu Quli” ləqəbli Nadir Səlifovun öldürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində hakim Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfovun “qəsdən adam öldürmə” cinayətinə görə ayrı-ayrılıqda ömürlük həbsini tələb edib. İclasda çıxış edən təqsirləndirilən şəxslər hadisədə iştirak etmədiklərini iddia edərək, azadlığa buraxılmalarını və bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiəyə hazırlaşmaq üçün vaxt istəyiblər.
Cinayət əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsi istənilib və onlar beynəlxalq axtarışa verilib.
Nuranə Abbasova