Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, 2023-cü il oktyabrın 23-də ümumrusiya federal televiziya kanalı “Birinci kanal”da Ermənistan Respublikasının yüksək rütbəli məmurlarına qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilən televiziya proqramının yayımı ilə əlaqədar, Rusiya səfiri S.P.Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə səfirə müvafiq etiraz notası verilib.