İraqın qərbindəki Ənbar əyalətində ABŞ-ın Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib.

"Unikal" xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

ir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken İraqın baş naziri Məhəmməd əl-Sudani ilə ölkədəki ABŞ hərbi bazalarına hücumları müzakirə edib. Blinken baş nazirdən bu hücumların arxasında duranların mühakimə olunmasını və İraqın bu ərazilərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.

Oktyabrın 22-də İraqın İslam Müqaviməti hərəkatına daxil olan şiə silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən Ayn əl-Əsəd bazasına bir neçə raket atılıb. Oktyabrın 19 və 20-də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.