Səudiyyə Ərəbistanının Beyrut səfirliyindən bütün diplomatları, əməkdaşlarını və ailələrini hava qüvvələrinə aid təyyarə ilə ölkədən çıxarması ilə bağlı məlumat yayılıb.

"Unikal" xəbər verir ki, Livan mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Beyrut hava limanına eniş edib.

Səudiyyə Ərəbistanının Beyrut səfirliyində olan diplomatlar, işçilər və onların ailə üzvləri bu təyyarə ilə ölkədən çıxarılıb.

Oktyabrın 18-də Səudiyyə Ərəbistanı İsraillə cənub sərhədində gərginliyin yaşandığı Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.