Pakistan Beynəlxalq Hava Yolları (PIA) aviaşirkəti son 10 gündə 322 daxili və beynəlxalq reysi ləğv edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dövlət neft şirkəti PSO tərəfindən yanacaq tədarükünə qoyulan məhdudiyyətlər, maliyyə böhranı və əməliyyat problemləridir.
Yerli KİV bildirir ki, aviaşirkət tarixinin ən pis böhranı ilə üzləşir və vəsait çatışmazlığı səbəbindən təyyarə yanacağının tədarükünün azalmasına görə bağlanmaq ərəfəsindədir.
PIA-nın yanacaq təchizatçısına borcu 650 milyon Pakistan rupisini (2,4 milyon dollar) ötüb. Daşıyıcı yanacaq tədarükü üçün banklardan əlavə kreditlər istəyib.
Ağarza Elçinoğlu