2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-1 oğlan, 57906- sı isə qızdır. 

"Unikal" xəbər verir ki, bu Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub. 

Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğ lan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.

BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir.

Anar Kəlbiyev