Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*** 18:49
Lənkəranda dəniz kənarında yandırılmış meyit tapılıb.
"Unikal" xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Yandırılmış meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.