Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Füzuli, Alıuşağı kəndlərinin və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibirli ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, Samux Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsindəki yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib və 1 ədəd "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə araşdırmalar aparılır.