Lionda naməlum şəxs yəhudi dinini qəbul edən qadının qarnına bıçaqla xəsarət yetirib.

"Unikal" xəbər verir ki, qadın qapını tamamilə qara geyinmiş naməlum şəxsə açıb. Həmin an naməlum şəxs onun qarnına iki bıçaq zərbəsi vurub qaçıb. Fövqəladə hadisə yerinə gələn polis əməkdaşları evin qapısında svastika təsviri aşkar ediblər. Hazırda hücum edən şəxs axtarılır.

Telekanalın məlumatına görə, yaralının səhhəti təhlükədə deyil, lakin onun xəstəxana otağında polislər növbətçilik edir.

Fransa polisi oktyabrın 7-dən bəri antisemitizmlə bağlı 887 insident qeydə alıb. Ümumilikdə 442 nəfər saxlanılıb. Eyni zamanda Fransanın daxili işlər naziri Gerald Darmanin izah edib ki, bütün 2022-ci il ərzində Fransada yalnız 436 antisemitizm hadisəsi qeydə alınıb.