İsrail və HƏMAS bəzi girovları dəyişdirmək barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, fələstinli qadın və yeniyetmələr hərəkat nümayəndələrinə təhvil veriləcək, bunun müqabilində radikallar 100 qadın və uşağı təhvil verəcəklər.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. O, razılaşmaların nə vaxt həyata keçiriləcəyini və müzakirəyə vasitəçilərin cəlb olunub-olunmadığını açıqlamayıb.

İsrail tərəfinin məlumatına görə, hərbçilər və əcnəbilər də daxil olmaqla 200-dən çox insan radikal fələstinli qrupların girovluğundadır. HƏMAS-ın hesablamalarına görə, İsrail həbsxanalarında yeniyetmələr və qadınlar da daxil olmaqla 6 minə yaxın fələstinli var.