Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə yazıb. O, qeyd edib ki, platformada 50.000 manata qədər pulu batan insanlar var.

"Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər"-deyə texnobloger yazıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis polkovnik-leytenantı Elşad Hacıyev məsələ ilə bağlı vətəndaşları məlumatlandırılmalı olduğunu deyib.

"Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, kimsə “yüksək faizli qazanc”dan faydalanmayıb. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir.