Sankt-Peterburqda “Azərbaycan mafiyası”nın iki üzvünə məhkəmə hökmü çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Müttəhimlər qeydiyyat sənədlərində problem yarandığı üçün Rusiyadan çıxarılacaqlar. Belə ki, bir gənc iyun ayında qohumuna baş çəkməyə gəlsə də, qeydiyyat müddəti sentyabrda bitib. Ancaq məktəbi bitirmək üçün evə qayıtmalı olub.
İkincisi atasının yanına gəlib. Yeniyetmə 9-cu sinfi vətənində bitirməyib. Valideyn özü bildirib ki, oğlunun qeydiyyata alınmasının vacibliyindən xəbəri yoxdur.
“Gənclər 5000 rubl məbləğində cərimələnəcək və xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdiriləcək, bundan sonra onlar vətənlərinə qaytarılacaqlar”, - məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburq sakinlərini döydüklərini əks etdirən silsilə videolardan sonra diqqətlərini bu və digər miqrant yeniyetmələrə yönəldiblər. Videolarda özlərini “Azərbaycan mafiyası” adlandırıblar. Hazırda müstəntiqlər faktla bağlı araşdırmaları davam etdirirlər.