Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri, uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olmuş məşhur cərrah Baxış Hüseynov dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, B.Hüseynov bu gün 97 yaşında vəfat edib.
Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. B.Hüseynov 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb.
Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında assisent vəzifəsində çalışıb. 1969-cu ildə dosent seçilib. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.
Baxış Hüseynov 1992-ci il may ayının 22-dən oktyabr ayınadək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib.