Ucar rayon sakini qəzadan 3 gün sonra ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Ucar-Zərdab avtomobil yolunda qəzaya düşən Ucar sakini, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva müalicə olunduğu Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Qeyd edək ki, 3 gün öncə Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində Rəşad Lətofovun İdarə etdiyi "Mercedes" və Cəlal Cəfərovun idarə etdiyi "Toyota Carolla" markalı minik avtomobilləri Sərvan Ağayevin əsas yola çıxmaq məqsədi ilə kənd yolunda saxladığı " Mercedes" markalı minik avtomobilinə çırpılıb.
Nəticədə 10 nəfər - 4 nəfər Zərdab, 6 nəfər isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Ağır xəsarət alan Solmaz Xudayevaya Ucar Mərkəzi Rayon Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə Göyçay xəstəxanasına göndərilmişdir.