Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru gedir.
"Unikal" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
Bildirilir ki, o cümlədən, Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. Bastion üçün komponentlər də göndərilib ki, onun da tədarükçüsü Fransanın ARQUUS şirkətidir.
Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina etsə də, indi, görünür, rəsmi Tbilisi buna icazə verib.