Xarici kəşfiyyat xidmətlərinə Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəzini tapmaq üçün icazə verilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Böyük Britaniya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson “Dialogue works” YouTube kanalına müsahibəsində deyib.

O bildirib ki, Britaniya kəşfiyyatı Ukraynanın hazırkı Prezidenti Volodimir Zelenskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnını seçib. 

“Britaniya kəşfiyyatı başa düşür ki, komediya ustası Zelenskinin artıq faydası yoxdur və onlara Zalujnı kimi birinin daha mühüm rol oynaması lazımdır. Rusiya ilə münaqişə uğursuzluqla nəticələnib və Zelenski Kremllə danışıqlar aparmır. Nəticədə qərara alındı ​​ki, Zalujnı Zelenskini əvəz edəcək və Moskva ilə güzəştə gedəcək.”, - deyə ekspert qeyd edib.