Oktyabrın 31-də yol qəzasında yaralanan Sumqayıt sakini bu gün ölüb.

"Unikal" report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini 26 yaşlı Sənan Vüqar oğlu Kərimov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb.

Faktla bağlı Sumqayıt şəhər Prokuroluğunda araşdırma aparılır.