Soçidən uçan “Boeing-737” təyyarəsi Çelyabinskdəki Kurçatov beynəlxalq hava limanına məcburi eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə hava limanının administrasiyası məlumat verib.

İlkin məlumatlara görə, təyyarənin qanadlarında nasazlıq yaranıb. Təyyarədə 9 uşaq və 7 ekipaj üzvü olmaqla 189 nəfər olub.

Kurçatov administrasiyası qeyd edib ki, təyyarə Pobeda Hava Yollarına məxsusdur.