Almaniyanın hakim koalisiyası Ukraynaya hərbi yardımı ikiqat artırmağa qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" və "Reuters" öz mənbələrinə əsaslanaraq məlumat yayıb.
O cümlədən, mətbuatda yayılan məlumatlara görə, Almaniya 2024-cü ildə Ukraynaya 8 milyard avro (8,5 milyard dollar) hərbi yardım etməyi planlaşdırır.
Medianın yazdığına görə, Almaniya kansleri Olaf Şolsun hakim koalisiyası qərarı təsdiqləyib və indi parlament onu qəbul etməlidir. Mənbə Bloomberg-ə bildirib ki, bu gələn həftə baş verə bilər.
Almaniya Ukraynanın Avropada ən böyük hərbi sponsoru, dünyada isə ABŞ-dan sonra ikincidir. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Almaniya Ukraynaya 17 milyard avrodan çox hərbi yardım göndərib.