Azərbaycan Turizm və Menecment Universitetininin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 2023-cü ilin oktyabr-noyabr aylarında keçirilən “Skill Up” layihəsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, ölkəmizin nüfuzlu 10 müəssisəsinə təşkil edilən təlim- ekskursiyada  əsas məqsəd universitet tələbələrinin müvafiq iş şəraitində peşəkar vərdişlərə yiyələnmələrinə təkan vermək idi. Layihə çərçivəsində ilk səfər Azərbaycan Milli Xalça Muzeyinə olub. Turizm bələdçiliyi və muzeyşünaslıq ixtisasının tələbələri muzeyin əməkdaşı Kamilə Hüseynovanın təqdimatında xalqımızın çoxəsrlik mədəniyyət və incəsənət simgəsi sayilan xalça və xalq tətbiqi sənət nümunələri barədə müfəssəl məlumat əldə ediblər. Universitetin  nəqliyyat servisi ixtisasının tələbələri  “Azərbaycan DəmirYolları” (ADY) QSC-yə təşkil olunan ekskursiya zamanı qatarların səfərə hazırlanması, hərəkət qrafikləri, dispetçer xidməti, bilet satışı işinin təşkili , müəssisədaxili təlimlər və s. haqqında məlumat alıblar. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda tələbələrlə həmsöhbət olan laboratoriya işinin təşkili sektorunun müdiri Kənan Sadıqov AQTİ-nin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi standartlarının hazırlanması, beynəlxalq təcrübə proqramları, keyfiyyət göstəricilərinin təyini, laboratoriya xidmətləri və s.məsələlərə aydınlıq gətirib. 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələrinin “Skill Up”layihəsi çərçivəsində Bakıdakı “Parkside Hotel & Apartments”, “Hilton Baku”, “Holiday İNN”, “Four Seasons Hotel Baku”, “Fairmont Baku”, “İnterContinental Baku Hotel” və “Paulaner Brauhaus Baku” restoranına baş tutan   təlim- ekskursiyası zamanı adıçəkilən müəssisələrin strateji hədəfləri, fəaliyyət mexanizmi,müştəri məmnunluğunun əhəmiyyəti, peşəkar vərdişlərə yiyələnmək istiqamətində başlıca faktorlar və s. bəhs olunub.