"İşğaldan azad olunmuş ərazilərin ayrıca strategiyası hazırlanmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Elşad Mirbəşir deyib.
O bildirib ki, həmin strategiya çərçivəsində ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı. Onun sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir:
“Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişafı stragetiyası hazırlanmalıdır”.
Anar Kəlbiyev