"Dəyişikliklə dövlət hesabına hüquqin yardımın dairəsi genişlənib. Hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faiz civarı vergi, sığorta və digər xərclərə  məruz qalır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Vəkillər Kollegiyası təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib:

"Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılıb. Eyni zamanda, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb. Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ  90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur".

Anar Kəlbiyev