Sosial şəbəkələrdə işğaldan azad olunmuş Laçında yeni qurulan keçi fermasında piano quraşdırılması müzakirələrə səbəb olub. 

"Unikal" xəbər verir ki, araşdırmalara əsasən, əslində bu, dünya təcrübəsində tətbiq olunan bir metoddur.

Belə ki, xüsusi cins keçilərin məhsuldarlığının artırılması üçün onlara pianoda müxtəlif mahnılar ifa edilir. Bu cür təcrübədən əksər Avropa ölkələrində, o cümlədən Çin iş adamlarının Qazaxıstan və Qırğızıstanda açdıqları qoyun fermalarında istifadə olunur. 

Qeyd edək ki, Laçındakı keçi ferması türk iş adamları tərəfindən açılıb.