Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli və Polşanın “Strike Plagiarism” antiplagiat şirkətinin regional direktoru Əli Təhməzovun online formatda görüşü zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə aydınlıq gətirilib.
"Unikal" xəbər verir ki, rektor İ.Mədətov ali təhsil müəssisəsində intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması,o cümlədən plagiatla mübarizə sahəsində qarşıya çıxan problemlərin elmi və hüquqi müstəvidə dəyərləndirilməsinin zəruriliyindən danışıb. Görüş iştirakçıları, o cümlədən elmi tədqiqat işlərində köçürmə hallarına yol verilməməsinə tarixən ciddi məsələ kimi yanaşıldığını deyiblər.Bütün növ əsərlərin elektron formasının mövcudluğu səbəbindən elm sahəsində də "oğurluq"ların sayının çoxalmasına münasibət sərgiləyiblər.
“Strike Plagiarism” şirkətinin regional direktoru Əli Təhməzov çıxışı zamanı Polşada 2002-ci ildən fəaliyyətə başlayan şirkət tərəfindən müəllif hüquqlarının pozulması və intellektual mülkiyyətdən icazəsiz istifadəyə qarşı mübarizəni başlıca hədəf olduğunu bildirib.
Onlayn görüşdə süni intellekt tərəfindən yaradılan yeni mətn axtarış modulu, limitsiz yoxlama şərtləri detallı müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilcəyinə inamlarını ifadə ediblər.
Qeyd edək ki,ölkəmizin ali təhsil müəssisələri arasında ilk dədə olaraq 2015-ci ildə ATMU ilə “Strike Plagiarism” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2024-cü ilin yanvar ayında növbəti müqavilənin imzalanması mərasimi nəzərdə tutulur.