Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı Belarus tərəfinin təşəbbüsü ilə həyata keçirilib. 

KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.

Ağarza Elçinoğlu