Dörd Ukrayna pilotsuz uçan aparatı Moskva, Tambov, Bryansk və Oryol vilayətləri üzərində səmada məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Növbəti hava hücumundan müdafiə sistemləri Moskva, Tambov, Bryansk və Oryol vilayətləri ərazisi üzərində Ukraynanın dörd pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir. 

Hərbi idarə PUA-nın reydini Ukraynanın Rusiyaya qarşı terror aktı törətmək cəhdi adlandırıb.