Baş nazir Benyamin Netanyahu İsrail hökumətinin üzvləri və hökumətin hüquq naziri Qali Baarav-Miara ilə bəzi nazirlərin açıqlamalarının nəticələri ilə bağlı qapalı görüş keçirib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Kanal 12" məlumat yayıb.

Məlumata görə,  görüş zamanı Netanyahu Baarav-Miaraya  ayrı-ayrı nazirlərin bəyanatlarını “düşmənlərimizi qidalandırır, çünki onlar beynəlxalq hüquqa ziddir və müharibə cinayəti sayıla bilər”,- deyə xəbərdarlıq edib. 

Hökumət başçısı nazirlərdən çıxış etməzdən əvvəl düşünməyi tələb edib: “Səssiz qalmağı öyrənməli və sabah peşman olacağınız bir şey söyləməməlisiniz”.

Gülayə Mecid