Polis Gürcüstanın Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartli regionlarında "qanuni oğru"lara qarşı əməliyyat keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, aparılan kompleks əməliyyat tədbirləri nəticəsində cinayət aləminin üzvü olan 18 nəfər saxlanılıb.