Fransanın müdafiə naziri Sebastyan Lekornu İsrailə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə fransalı nazir "X" şəbəkəsindəki hesabında bildirib.
"Respublika Prezidentinin xahişi ilə oktyabrın 7-dən bəri apardığımız çoxsaylı təmaslara əsaslanaraq Qəzzadaki vəziyyəti və regional təhlükəsizliyi müzakirə etmək üçün bu gün Yaxın və Orta Şərqə səfər edirəm", - deyə nazir açıqlayıb.
Xatırladaq ki, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makron da İsrailə səfər etmişdi.
Ağarza Elçinoğlu