Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.