Türkiyə Beynəlxalq Cinayət Məhkəməsində İsrailin baş naziri Binyamin Netanyahuya qarşı iddia qaldırıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı hakim Ədalət və İnkişaf Partiyasının vəkillərinə istinadən məlumat yayıb.

Ankara İsrail hökumətinin başçısını Qəzza zolağında soyqırımda ittiham edir.

“Bu gün Türkiyə Respublikası vətəndaşlarının vicdanını təmsil edərək, Qəzzada törətdiyi soyqırıma görə mühakimə edilməli olan İsrailin baş naziri Netanyahuya qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdıq”, - deyə vəkil Metin Külünk bildirib.

Bundan əvvəl Ərdoğan Netanyahunu daha öz həmsöhbəti hesab etmədiyini və “onun üstündən xətt çəkdiyini” demişdi.