Ermənistan İrandan texniki və peşə mərkəzlərinin yaradılmasını xahiş edir.

"Unikal" xəbər verir ki, bu haqda İranın Texniki Peşə Təşkilatının rəhbəri Mehrdad Əzimi deyib:
"Ermənistanın əmək naziri İranda təhsilin inkişafı və Texniki Peşə Təşkilatının inkişafından təəccüblənib və ölkəsində oxşar təhsil mərkəzlərinin yaradılmasını, səriştələrin qiymətləndirilməsini və təlimçilərin hazırlanmasını xahiş edib.
Son həftələrdə biz ölkədə sənaye ilə bağlı qiymətləndirilmə sahəsində insan kapitalının təkmilləşdirilməsi və insan resurslarının cəlb edilməsinə kömək məqsədilə anlaşma memorandumu imzaladıq".