Birləşmiş Millətlər Təşkilatının 18-ci Baş Assambleyasının Üçünücü Komitəsi dünən Kanadanın İran tərəfindən insan haqlarının kütləvi şəkildə pozulmasını pisləyən qətnaməsini təsdiqləyib. 

"Unikal" xəbər verir ki,  qətnamə lehinə 80, əleyhinə 29 və 65 bitərəf səslə qəbul edilib.

Məlumata görə, qətnamənin əleyhinə səs verən ölkələr arasında Əlcəzair, Belarus, Çin, Rusiya, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Oman, Pakistan, Suriya, habelə Tacikistan və Türkmənistan yer alıb. Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Misir, Braziliya və Cənubi Afrika isə bitərəf olublar. 

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Abraham Paley 80 ölkənin bu qətnaməni təsdiq etməsinə toxunaraq deyib: 
“Biz bu vasitə ilə zülm və zorakılığa qarşı mübarizə aparan, azad və demokratik gələcəyə nail olmaq üçün səy göstərən İran xalqı ilə həmrəylik göstəririk”.