Hər bir ana övladının xoşbəxt olmasını istəyir, lakin onu bu şəkildə böyütmək ən asan iş deyil.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, italiyan psixoloq və iki uşaq anası Tatyana Dangeli qadınlara uşaqlarını xoşbəxt və şən böyütməyin sirrini bölüşüb.
Psixoloqun fikrincə, analar bunlara diqqət yetirməlidir:
Uşağı olduğu kimi qəbul etmək - o, ən yaxşısıdır və ana üçün onda heç bir çatışmazlıq yoxdur;
Həmişə onun tərəfini tutmaq - uşaq səhv etsə belə, ana onu müdafiə edir;
Onun nailiyyətləri ilə diqqəti cəlb etmək - əsas diqqət uşaqların səhvlərinə deyil, uğurlarına verilir;
Uşaqları ilə vaxt keçirmək - ilk növbədə öz rahatlıqlarını düşünürlər;
Valideynlər üzərlərinə düşən məsuliyyətləri bölüşürlər - İtaliyada bir ata asanlıqla ananı əvəz edə bilər, ondan uşaqla bağlı kömək istəməyə belə ehtiyac yoxdur.