Tanınmış model, aktrisa və müğənni Paris Hilton ikinci dəfə ana olub.

"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram"  hesabında məlumat paylaşıb. 

Sosial şəbəkədə foto dərc edən aktrisa qızı olduğunu və ona London adını verdiyini açıqlayıb. Uşaq surroqat ananın köməyi ilə dünyaya gəlib.

Qeyd edək ki, Paris Hilton 2021-ci ilin noyabrında iş adamı Karter Reumla ailə həyatı qurub.