Rəqqasə Fatimə Fətəliyeva müğənni Ramal İsrafilovla illər əvvəl aralarında yaşanan mübahisədən bəhs edib.
"Unikal" xəbər verir ki, "Rəngarəng səhər" verilişində sənətçi Ramalla barışdıqlarını açıqlayıb. O, R.İsrafilovun "Fatimənin səsi yoxdur, oxumasın" sözlərinə belə reaksiya verib:
"Ramalla bir-birimizə gündə neçə dəfə gülməli video yollayırıq. Ramal düz deyir, Fatimənin səsi var? Mən məktəb oxumamışam, peşəkar müəllimlərdən dərs almamışam. Oxuyanda sənətkarların qarşısında utanıram. Müğənni olsaydım, belə səsim olsaydı, oxumazdım".