Aktyor Azər Axşam sənət adamlarının maddi sıxıntılarından danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Gül kimi şou"da danışıb.
O, aktyorların gəlirini Türkiyədə seriala çəkilən sənətçilərlə müqayisə edib:
"Düzəltmək üçün nəsə edilməlidir. Amma bir işıq görmürəm. Teatrlarda yoxam. İşləmək istəyirəm. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışacağam. Başlamışıq... Əvvəl bir çox teatrda işlədim. Televiziyada çalışanda bir çox teatra müraciət etdim ki, işləyək, amma istəmədilər. Məni tapşıran yoxdur ki, onu işə götürün. Kimsə tapşırmalıdır".