Hollandiyalı aktyor-rejissor Helmert Voudenberq vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı sənətçi ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, sənətçi “Mavi film”, “Mən nə görürəm?”, “Son qatar”, “İki kraliça və şahzadə”, “Bir az aşiq”, “Yenidən evdəyik”, “Maastrixt polisləri”, “İzsiz itdi”, “Boşanma” kimi məşhur filmlərdə rol alıb.