"Borderline" (şəxsiyyət pozuntuları - uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir) xəstəliyindən əziyyət çəkən müğənni Zərrin Özər xəstəxanaya yerləşdirilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi vəziyyəti ağırlaşdığı üçün həkimlərin məsləhəti ilə müalicəsini xəstəxanada davam etdirəcək.
Qeyd edək ki, Özər xəstəliyi barədə məlumatı bir müddət öncə sosial şəbəkədə vermişdi.