Türkiyəli aktyor Serkan Çayoğlunun yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "TRT"də yayımlanacaq "Fatih" serialında rol alacaq. O, ekran işində "Fateh Sultan Mehmed"i canlandıracaq.
Aktyorlar Fikret Kuşkan "Çandarlı Paşa", Ayşegül Günay "Helena", Sinan Albayrak isə "Zağanos Paşa" obrazı ilə izləyicilərin qarşısına keçəcək.