Bakıda məşhur müğənni Tarkanın konserti başlayıb.

"Unikal" xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan konsertə maraq böyük olub.

Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.