Ancelina Coli və Bred Pittin övladlığa götürdüyü oğlu Paks Tien aktyoru “dünya səviyyəli əclaf” adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Tien bu barədə sosial şəbəkə hesabında yazıb. KİV gənc oğlanın üç il əvvəl "Instagram"da aktyoru atalar günü münasibətilə ironiya ilə təbrikinə diqqət çəkib. 

Postda "Bu dünya səviyyəli əclafın Atalar Günü mübarək",- şərhini yazaraq, aktyorun Oskar mükafatlı fotosunu paylaşıb.