Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən fenomen Dilan Polat intihar edəcəyini bildirib.
"Unikal" xəbər verir ki,həbsxanada əri Engin Polata zəng edərək "intihar etmək istəyirəm" deyən Dilan Polat üçün ehtiyat tədbirləri artırılıb. 24 saat hərbi vəziyyət nəzarəti altına alınan və yeməkxanadan aldığı hər şeyə nəzarət edilən Polatın yanına həbsxana psixoloqu müdaxilə edib.