"Biz Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsət görürük".
"Unikal" xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn jurnalistlərin suallarını cavablandırarkın deyib.
"Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır. Bununla biz bütün regionun faydalanması üçün real fürsət görürük. Məsələn Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayırıq.
Eyni zamanda, əgər bunun dinc yolla baş verməməsi barədə qərar qəbul edilərsə, o zaman bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün əlimizdən gələn vasitələrdən istifadə etməli olacağıq.
Beləliklə, biz görmək istədiyimiz şeylər və irəliləyişin nəticələri haqqında tərəflərlə çox açıq danışırıq. Beləliklə, tərəflərin hara çıxacağın (nəticəni -red.) səbirsizliklə gözləyəcəyik. Biz bilirik ki, onlar tezliklə sülh sazişi bağlamaqda maraqlı olduqlarını ifadə ediblər və biz bunun baş verməsini görmək istərdik".