Həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez adından söz etdirən Hadisə "Youtube" proqramında qonaq olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
O, aparıcının eks-həyat yoldaşı Mehmet Dinçerlərlə "Ondan ayrılma səbəbiniz nə olardı?" sualına belə cavablandırıb:
"Əvvəla, Hadisə çox sadiq qadındır. Məni oradan vura bilməzlər. Demək istədiyim odur ki, münasibətdə olsam, bütün diqqətim həqiqətən də o adamdadır. Amma təbii ki, işimi çox sevirəm. Mən olsaydım, Hadisədən ayrılmazdım. Həqiqətən Hadisə gözəl qadındır. Bəli, bu mənim işimdir. Mən çox yaxşı bir tarazlıq qura bilərəm və o kişini dünyada yeganə insan kimi hiss etdirə bilərəm. Amma o da buna hazır olmalıdır. Hazır deyilsə bunu edə bilmərəm. Amma hazırdırsa, edəcəm, ona dünyanı verərəm".