Gəncə şəhərində zəncirvari qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin köhnə maşın bazarının qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "Mercedes", "VAZ 2104" və "Chevrolet" markalı minik maşınları toqquşub.

Qəza zamanı avtomobillər yararsız hala düşüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə  DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparırılır.

Tural Əhmədov