Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı Baltikyanı ölkələrin xarici işlər nazirlərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etməsi heç bir şəkildə təşkilatın taleyinə təsir etməyəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Skopyeyə “döyüş ruhu” ilə gedir və hesab edir ki, təşkilat öz mənşəyinə və məqsədlərinə qayıtmalıdır.
Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının sessiyası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutacaq. Lavrovun iştirakı ilə bağlı Ukrayna, Latviya, Litva və Estoniya xarici işlər nazirləri Skopyeyə getməkdən imtina ediblər.